Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan stüardessa Hökümə Əliyeva, pilot Aleksandr Kalyaninov, kapitan pilot İqor Kşnyakin II Fəxri xiyabanda dəfn olunublar.
Missiya.Az xəbər verir ki, dəfn mərasimində dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.