Rusiya ərazində vurulan və bundan sonra Qazaxıstanın Aktau limanında qəzaya uğratan AZAL-a məxsus təyyarənin həlak olan üç ekipaj üzvü - gəmi kapitanı İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyeva II Fəxri xiyabanda dəfn olunublar.
"AzPolitika"-nın “Qafqazinfo”-ya istinadən verdiyi məlumata görə, hökumət və dövlət rəsmiləri də dəfn mərasimində iştirak etmək üçün II Fəxri xiyabana gəliblər.
Onların arasında Baş nazir Əli Əsədov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, səhiyyə naziri Teymur Musayev, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və digərləri var.