Təyyarə qəzasında həlak olan üç ekipaj üzvü - gəmi kapitanı İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyevanın nəşi torpağa tapşırılmaq üçün II Fəxri xiyabana gətirilib.Manset.az Qafqazonfo-ya istinadən xəbər verir ki, dəfn mərasimində onların ailə üzvləri, rəsmi şəxslərlə yanaşı ictimaiyyət nümayəndələri də iştirak edir. İnsanlar sonuncu dəfə qəhrəman heyət üzvləri ilə vidalaşırlar.