Suriyada seçkilərin təşkili ən azı dörd il çəkə bilər.
Azpost.info xəbər verir ki, bunu Suriyada hakimiyyətə gələn müxalif qrupların lideri Əhməd əl-Şaraa deyib.
“Seçkilərin təşkili dörd il çəkə bilər. İstənilən real seçkilər üçün ümumi siyahıyaalma aparılmalıdır. Biz mümkün qədər uzun müddət davam edəcək bir konstitusiya gözləyirik. Bu, çox vaxt aparacaq çətin bir işdir. Yeni sənədin mətninin hazırlanması təxminən üç il çəkə bilər”, – əl-Şaraa deyib.
Azpost.info