AZ

Colani dəyişikliklər üçün vaxt verdi

Suriyada seçkilər dörd ilə qədər çəkə bilər. 

“Cebheinfo.az” xəbər verir ki, Suriyanın faktiki lideri Əhməd əl-Şaara (Əl-Colani) Əl- Ərəbiyyə televiziyasına müsahibəsində belə deyib.

Şaraa Səudiyyə Dövlət Televiziyasına müsahibəsində deyib ki, yeni konstitusiya layihəsinin hazırlanması üç ilə qədər vaxt apara bilər.

O, həmçinin bildirib ki, suriyalıların radikal dəyişiklikləri görməsi üçün təxminən bir il lazım olacaq.

O, qərarın Milli Dialoq Konfransında veriləcəyini bildirib.

Beynəlxalq əlaqələrdən danışan Şaraa Suriyanın Rusiya ilə strateji maraqlarının olduğunu bildirib: “Rusiyanın Suriyada hərbi bazaları var, uzun müharibə zamanı Əsədin yaxın müttəfiqi olub və Əsədə sığınacaq verib”. 

Bu ayın əvvəlində Şaraa bildirib ki, Suriyanın Rusiya ilə münasibətləri ümumi maraqlara xidmət etməlidir.

Şaraa, həmçinin ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın administrasiyasının Suriyaya qarşı tətbiq etdiyi sanksiyaları ləğv edəcəyinə ümidini ifadə edib.

Xatırladaq ki, Şaraa dekabrın 8-də Bəşər Əsədi devirən, Əsəd ailəsinin onilliklər boyu hakimiyyətinə və 13 illik müharibəyə son qoyan “Heyət Təhrir əl-Şam” qrupuna rəhbərlik edir.

Seçilən
73
25
cebheinfo.az

10Mənbələr