AZ

Təyyarə qəzasında həyatını itirən 22 yaşlı qusar sakini dəfn olunub

Dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarənin Aktauda qəzaya uğraması nəticəsində həlak olan 22 yaşlı Əli Əlimirzəyev Qusarın Suduroba kənd qəbiristanlığında dəfn olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dəfn mərasimində Qusar Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin nümayəndələri, kənd sakinləri və mərhumun yaxınları iştirak ediblər.

Təyyarə qəzasında Əlinin 19 yaşlı bacısı Xədicə də həyatını itirib. Xədicə Əlimirzəyeva Suduroba kənd qəbiristanlığında torpağa tapşırılıb.

Seçilən
1
15
xalqqazeti.az

10Mənbələr