Dekabrın 29-da “Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarənin Aktauda qəzaya uğraması nəticəsində həlak olan 22 yaşlı Əli Əlimirzəyev Qusarın Suduroba kənd qəbiristanlığında dəfn olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dəfn mərasimində Qusar Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin nümayəndələri, kənd sakinləri və mərhumun yaxınları iştirak ediblər.
Təyyarə qəzasında Əlinin 19 yaşlı bacısı Xədicə də həyatını itirib. Xədicə Əlimirzəyeva dekabrın 25-də Suduroba kənd qəbiristanlığında torpağa tapşırılıb.