İsrailin baş naziri Benyamin Netanyahunun prostat xərçənginə tutulduğu və əməliyyat olunacağı bildirilib.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Baş nazirlikdən bildirilib. Açıqlamada 75 yaşlı Netanyahunun 25 dekabrda Hadassah xəstəxanasında müayinə olunduğu və ona "prostat vəzinin xoşxassəli böyüməsi nəticəsində yaranan infeksiya" diaqnozunun qoyulduğu və bir neçə gündür antibiotiklərlə uğurla müalicə edildiyi bildirilib.
Netanyahunun vəkili Amit Hadadın sözlərinə görə, Netanyahu əməliyyatdan sonra bir neçə gün xəstəxanada qalacaq.
Buna görə də Hadad Təl-Əviv Rayon Məhkəməsindən baş nazirin korrupsiya işi ilə bağlı bu həftə alınması planlaşdırılan ifadəsinin ləğv edilməsini istəyib.
Baş Prokurorluq bu gün vəsatəti təmin edib. Məhkəmədən əlavə edilib ki, dinləmələrin yanvarın 6-da davam etdiriləcəyi gözlənilir.
İsrailin ədliyyə naziri Yariv Levin Netanyahu müalicə olunduğu müddətdə müvəqqəti baş nazir vəzifəsini, müdafiə naziri İsrael Katz isə siyasi təhlükəsizlik kabinetinin rəhbəri vəzifəsini icra edəcək.
Şahanə Rəhimli
Musavat.com