İsrailin baş naziri Benyamin Netanyahu əməliyyatdan sonra sağalaraq xəstəxananı tərk edib.
Publika.az bu barədə Nazirlər Kabinetinin rəhbərinin ofisinə istinadla xəbər verir.
“Baş nazir Benyamin Netanyahu xəstəxanadan buraxılıb”, - deyə məlumatda bildirilir.
Dekabrın 28-də bildirilib ki, müayinə zamanı 75 yaşlı Netanyahuya prostat vəzinin xoşxassəli hiperplaziyası (böyüməsi) nəticəsində yaranan sidik yollarının infeksiyası diaqnozu qoyulub. Dekabrın 29-da məlum olub ki, Netanyahunun prostat vəzinin çıxarılması üçün əməliyyatı uğurla keçib.