Kürdüstan Fəhlə Partiyasının (PKK) nümayəndələri İsrailin vasitəçiliyi ilə ABŞ-ı Suriyadan qoşunlarını çıxarmamağa inandırmağa çalışırlar.
Publika.az xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti İsraildəki açıq mənbələrə istinadən yazıb.
Dekabrın 28-də Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığında “kürd yaraqlılarının Suriyaya sığınmasının” yolverilməz olduğunu bildirib.
“İsrail dövlət televiziyası KAN, Suriyanın şimal-şərqini işğal edən PKK/YPG terror təşkilatının Vaşinqton administrasiyasını ABŞ qoşunlarını bölgədən çıxarmamağa razı salmaq üçün İsraildən kömək istədiyini bildirib”, - nəşr yazır.
Qəzetin yazdığına görə, “PKK/YPG ABŞ-ın Suriyadan qoşunlarını çıxarması ehtimalı ilə bağlı təlaş içindədir”.