AZ

PKK İsrail vasitəsilə ABŞ-la danışıq aparır: Türkiyəyə qarşı plan

Kürdüstan Fəhlə Partiyasının (PKK) nümayəndələri İsrailin vasitəçiliyi ilə ABŞ-ı Suriyadan qoşunlarını çıxarmamağa inandırmağa çalışırlar.
 
Publika.az xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti İsraildəki açıq mənbələrə istinadən yazıb.
 
Dekabrın 28-də Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığında “kürd yaraqlılarının Suriyaya sığınmasının” yolverilməz olduğunu bildirib.
 
“İsrail dövlət televiziyası KAN, Suriyanın şimal-şərqini işğal edən PKK/YPG terror təşkilatının Vaşinqton administrasiyasını ABŞ qoşunlarını bölgədən çıxarmamağa razı salmaq üçün İsraildən kömək istədiyini bildirib”, - nəşr yazır.
 
Qəzetin yazdığına görə, “PKK/YPG ABŞ-ın Suriyadan qoşunlarını çıxarması ehtimalı ilə bağlı təlaş içindədir”.
 
“PKK/YPG üzvü KAN-a bildirib ki, əgər İsrail beynəlxalq platformalarda təşkilata siyasi dəstək versə və ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandasını Suriyadakı “beynəlxalq koalisiyaya” dəstəyi davam etdirməyə və “Türkiyədən gələn təhdidləri” dayandırmağa inandırarsa, o, PKK/YPG ilə İsrail arasında münasibətlərdə tarixi dönüş nöqtəsi olacaq”, - nəşr yazır.
Seçilən
85
1
moderator.az

10Mənbələr