AZ

Qəzaya uğrayan təyyarənin sərnişininin göndərdiyi son MESAJLAR - FOTO

Cənubi Koreyanın Muan hava limanında baş verən təyyarə qəzasında həlak olan sərnişinlərdən birinin qohumu mesencerdə yaxınına yazdığı son mesajları sosial şəbəkələrdə yayılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "News1" agentliyi məlumat yayıb.

Sərnişin yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə 04:00 - red.) "Qanada quş dəydi, yerə enə bilmirik" yazıb. Onun qohumu bunun nə vaxt baş verdiyini soruşub. "İndi. Görünür, son sözləri deməyin vaxtıdır", - sərnişin cavab verib.

Bir daha ondan mesaj gəlməyib. Təyyarə saat 09:03 radələrində hasarla toqquşub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
64
4
milli.az

5Mənbələr