AZ

Qəzaya uğrayan təyyarənin sərnişininin göndərdiyi son MESAJLAR

Cənubi Koreyanın Muan hava limanında baş verən təyyarə qəzasında həlak olan sərnişinlərdən birinin qohumu mesencerdə yaxınına yazdığı son mesajları sosial şəbəkələrdə yayılıb.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “News1” agentliyi məlumat yayıb.

Sərnişin yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə 04:00 – red.) “Qanada quş dəydi, yerə enə bilmirik” yazıb. Onun qohumu bunun nə vaxt baş verdiyini soruşub. “İndi. Görünür, son sözləri deməyin vaxtıdır”, – sərnişin cavab verib.

Bir daha ondan mesaj gəlməyib. Təyyarə saat 09:03 radələrində hasarla toqquşub.

Seçilən
64
4
konkret.az

5Mənbələr