AZ

Gürcüstanda maska taxmaq QADAĞAN EDİLDİ

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili inauqurasiya günü, dekabrın 29-da etiraz aksiyalarında maska ​​taxmağı və lazerdən istifadəni qadağan edən qanunu imzalayıb.   Manset.az APA-ya istinadən xəbər verir ki, sənəd Gürcüstanın qanunvericilik bülleteni portalında dərc olunub.
Gürcüstan parlamentinin dekabrın 13-də təsdiq etdiyi “Yığıncaqlar və nümayişlər haqqında” qanuna edilən dəyişikliklərə əsasən, “üzü maska ​​və ya digər vasitələrlə gizlətmək” qadağandır. Qadağan olunmuş əşyalar siyahısına həmçinin etirazçıların tez-tez polis əməkdaşlarının və müşahidə kameralarına qarşı istifadə etdiyi pirotexniki vasitələr və lazerlər də daxil edilib.

Qanun dərc edildikdən sonra qüvvəyə minib.

Seçilən
64
16
manset.az

10Mənbələr