AZ

Gürcüstanın yeni prezidenti bu qanunu İMZALADI


Gürcüstan prezidenti Mixail Kavelaşvili etiraz aksiyalarında maska ​​taxmağı və lazerdən istifadəni qadağan edən qanunu imzalayıb.

Bakupost.az xəbər verir ki, sənəd Gürcüstanın qanunvericilik bülleteni portalında dərc olunub.


Gürcüstan parlamentinin dekabrın 13-də təsdiq etdiyi “Yığıncaqlar və nümayişlər haqqında” qanuna edilən dəyişikliklərə əsasən, “üzü maska ​​və ya digər vasitələrlə örtmək” qadağandır. Qadağan olunmuş əşyalar siyahısına həmçinin etirazçıların tez-tez polis əməkdaşlarının və müşahidə kameralarına tuşlanan pirotexniki vasitələr və lazerlər də daxildir.

Qanun rəsmi dərc edildikdən sonra qüvvəyə minib.

Seçilən
60
18
bakupost.az

10Mənbələr