Təyyarə qəzasında həlak olan Balakən rayonundan olan sonuncu sərnişinin nəşi dekabrın 30-u səhər saatlarında ailəsinə təhvil verilib.
“İki sahil” xəbər verir ki, bu, Yeni Şərif kənd sakini, 1969-cu il təvəllüdlü Rəna Abbas qızı Yeznayevadır.
O, Yeni Şərif kənd qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, Aktauda qəzaya uğrayan təyyarənin sərnişinlərindən 15 nəfəri Balakən sakini olub, onlardan 9-u həlak olub.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.