AZ

Təyyarə qəzasında həlak olan Balakən sakininin nəşi ailəsinə təhvil verildi

Təyyarə qəzasında Balakən rayonundan həlak olan sonuncu sərnişinin nəşi dekabrın 30-da səhər saatlarında ailəsinə təhvil verilib.

Demokrat.az xəbər verir ki, bu, Yeni Şərif kənd sakini, 1969-cu il təvəllüdlü Rəna Abbas qızı Yeznayevadır.

O, Yeni Şərif kənd qəbiristanlığında dəfn ediləcək.

Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər sağ qalıb.

Seçilən
71
3
demokrat.az

10Mənbələr