AZ

"Haber Global"da Azərbaycan Prezidentinin ötən gün verdiyi açıqlamalar müzakirə edildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyənin "Haber Global" televiziya kanalında yayımlanan verilişdə Azərbaycan Prezidenti İlham Əliyevin Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsinin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasına dair ötən gün verdiyi açıqlamalar müzakirə edilib.
Verilişin qonaqları vurğulayıblar ki, İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibə verərək faciənin təfərrüatından danışması bir sıra vacib məqamlara aydınlıq gətirdi.
"Təbii ki, "Azərbaycan Hava Yolları"na məxsus təyyarə texniki nasazlıq nəticəsində qəzaya uğramayıb. Burada kənar müdaxilə nəticəsində qəzaya uğrayan təyyarədən söhbət gedir. Təbii ki, insident Rusiya səmasında baş verib. Bir neçə gün sonra Rusiya prezidenti Azərbaycan liderinə zəng edərək üzr istəyib, lakin sizin üzrünüz xətanızı etiraf edərkən bir məna kəsb etməyə başlayır", - deyə "Haber Global"ın xarici xəbərlər bölməsinin müdiri Süheyla Demir vurğulayıb.
Seçilən
49
19
oxu.az

10Mənbələr