AZ

AZAL-ın qəzaya uğrayan təyyarəsini koordinasiya edən dispetçer: "Kovyor" planından xəbərim olmayıb"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Aktauda qəzaya uğrayan Azərbaycan Hava Yollarına məxsus təyyarə barədə yeni təfərrüat məlum olub.
Oxu.Az xəbər verir ki, məlumatı Anhor.uz portalı yayıb.
Belə ki, dekabrın 25-də Aktauda qəzaya uğrayan təyyarənin Qroznıda uğursuz enişini koordinasiya edən dispetçer "Terek" (indiki "Axmat") futbol klubunun keçmiş oyunçusu Əli İdrisov olub.
O, dünən axşam AZAL-ın qəzaya uğrayan təyyarəsinə görə Qroznıda Rusiya İstintaq Komitəsinin müstəntiqləri tərəfindən dindirilib.
Dindirilmə zamanı Əli İdrisov bildirib ki, o, təyyarənin enişi zamanı PUA hücumu və ya hava hücumundan müdafiə tədbirləri ilə bağlı məlumatlı olmayıb, "Kovyor" planı barədə isə faciə baş verəndən beş dəqiqə sonra məlumat alıb.
Məlumatda, həmçinin qeyd olunub ki, müstəntiqlər 38 nəfərin həyatına son qoyan faciənin səbəblərinin araşdırılması çərçivəsində Hava Hərəkətinin İdarə Edilməsi üzrə Dövlət Korporasiyasının yerli bölməsinin əməkdaşlarını da dindiriblər.
Seçilən
117
50
oxu.az

10Mənbələr