Sandrinqemdə builki Milad şənliyində İngiltərə kral ailəsi tam tərkibdə iştirak etməyib.
Publika.az Mirror-a istinadən xəbər verir ki, Milad şam yeməyində Britaniya Kralı III Çarlzın kiçik qardaşı Şahzadə Endryu, monarxın kiçik oğlu Şahzadə Harri və həyat yoldaşı Meqan Markl, həmçinin uşaqları olmayıb.
Mərhum II Yelizavetanın çox sevdiyi kral korgiləri də Milad şənliyində yox idi.
Bildirilir ki, Şahzadə Endryu çinli diplomat Yang Tengbo ilə bağlı iddia edilən casusluq qalmaqalına görə şam yeməyinə qatılmayıb. O, 2019-cu ildə cinsi zorakılığa görə məhkum edilmiş Ceffri Epşteynlə əlaqələri səbəbindən kral vəzifəsindən istefa verib.