AZ

Kral ona rütbə verdi: Yeni il hədiyyəsi

İngiltərə millisinin sabiq baş məşqçisi Qaret Sautqeyt cəngavər rütbəsi alıb.

Publika.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Sautqeyt Kral Çarlzın Yeni il mükafatları siyahısında yüzlərlə adam arasında yer alıb. Siyahıya siyasi, idman, incəsənət və ya ictimai fəaliyyətlərdə mühüm töhfələr vermiş 1200-dən çox insan daxildir. Onlar Britaniya İmperiyası Ordeninin Üzvü, Komandiri və ya Zabitindən tutmuş Cəngavər və Dame ordenlərinə qədər müxtəlif ordenlərlə təltif olunacaqlar.

Sautqeyt son 8 ildə İngiltərə millisinə rəhbərlik edib. İngilislərin 2-ci yeri tutduğu Avro-2024 başa çatdıqdan sonra istefa verib. Onun rəhbərliyi altında komanda 2018-ci ildə dünya kubokunda 4-cü yeri tutub. Həmçinin Avro-2020-də finala yüksəlub.

Seçilən
68
20
publika.az

10Mənbələr