AZ

Argentinada məşhur müğənninin ölümünə görə beş nəfərə qarşı ittiham irəli sürülüb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Argentinanın paytaxtı Buenos-Ayresdə hotelin eyvanından yıxılaraq dünyasını dəyişən məşhur "One Direction" pop qrupunun keçmiş solisti Liam Peynin ölümü ilə bağlı beş nəfərə qarşı ittiham irəli sürülüb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Argentina prokurorluğunun informasiya portalı məlumat yayıb.
Qeyd olunur ki, hotelin işçisi və ofisiant mərhum müğənnini narkotiklə təmin etməkdə ittiham edilib.
Peynin nümayəndəsi, eləcə də hotel meneceri və administratora qarşı qətl ittihamı irəli sürülüb. Məhkəmə hotel işçilərini müğənninin emosional vəziyyətini görərək, həkimlər gələnə qədər onu təhlükə mənbələrindən qorumamaqda günahlandırılırlar.
Xatırladaq ki, 31 yaşlı Peyn oktyabrın 16-da Buenos-Ayresdəki hoteldə ölü tapılıb.
Seçilən
44
50
oxu.az

10Mənbələr