2025-ci ilin dövlət büdcəsindən Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarının saxlanmasına ayılacaq vəsaitin məbləği 205 000 000.0 manat təşkil edəcək.
Modern.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanunda qeyd olunub.
Bundan başqa, gələn il Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyəti ilə bağlı digər xərclər üçün ayrıca 10 000 000 manat da vəsait nəzərdə tutulub.
2025-ci ildə beynəlxalq fəaliyyət və bu qəbildən olan digər tədbirlər üçün 17 180 000.0, beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi üçün 248 100 000.0 manat xərclənməsi planlaşdırlıb.
Hazırda Azərbayacn Respublikasının xaricdə 75 səfirliyi, 15 konsulluğu, 5 daimi nümayəndəliyi, 1 təmsilçiliyi var.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta