AZ

Ukrayna döyüşçüləri dünyada ilk dəfə olaraq dəniz dronu ilə düşmən helikopterini məhv edib

"Əməliyyat zamanı daha bir düşmən helikopteri atəşə tutulub, lakin hava limanınadək üça bilib..."
 
Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin döyüşçüləri tərəfindən dünyada ilk dəfə olaraq "Magura V5" dəniz dronu ilə Rusiyanın "Mi-8" helikopteri məhv edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə "5.ua" nəşri məlumat verib.
 
"2024-cü il dekabrın 31-də Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin "Group" xüsusi bölməsinin döyüşçüləri tarixdə ilk dəfə olaraq raket silahları ilə təchiz edilmiş "Magura V5" zərbə dəniz dronu vasitəsilə hava hədəfini vurub", - kəşfiyyatçılar məlumat verib.
 
Əməliyyat zamanı daha bir düşmən helikopteri atəşə tutulub, lakin hava limanınadək üça bilib.
 
O cümlədən Qara dənizdə, müvəqqəti işğal olunmuş Krımın Tarxankut burnu yaxınlığında baş vermiş döyüş zamanı P-73 "SeeDragon" raketləri ilə Rusiyanın "Mi-8" helikopteri məhv edilib.
 
Baş Kəşfiyyat İdarəsinin
"Magura V5" dronu ilə Rusiyaya qarşı apardığı hərbi əməliyyatlar- bəlli olanlar
 
Avqustdun 10-da Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Krımda rusiyalı işğalçıların gəmisini- KC 701 layihəsinin "Tunets" tipli sürətli qayığını məhv edib. Əməliyyat Çernomorskoye yaşayış məntəqəsinin yaxınlığında "Magura V5" dronunun köməyilə həyata keçirilib.
 
Dekabrın 28-də isə Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin mətbuat xidmətində bildirilib ki, "Group 13" xüsusi təyinatlılar bölməsi Rusiya donanmasını xeyli itkilərə məruz qoyub, "Magura V5" dəniz dronları ilə Rusiyanın 15 rusi gəmisini məhv edib.
 
"Birinci vəzifə artıq uğurla icra olunub, bu, Rusiya Qara dəniz donanmasının tam blokadası deməkdir. O, tamamilə fəaliyyət göstərmir", - şərti adı "Trinadtsatıy" olan xüsusi təyinatlı qrupun komandiri vurğulayıb.
 
Həmçinin Ukrayna MN Baş Kəşfiyyat İdarəsi Donetsk bölgəsində işğalçılara məxsus avadanlıqların məhv edildiyini bildirib. O cümlədən, rusiyalı qəsbkarların istifadə etdiyi "Feniks" adlı qeyri-qanuni rabitə operatoruna aid dörd telekommunikasiya avadanlığı məhv edilib.
Seçilən
82
6
moderator.az

8Mənbələr