Dekabrın 31-də Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya helikopterinin insansız gəmi ilə məhv edildiyini açıqlayıb.
Bu barədə İdarənin teleqram kanalında məlumat verilib.
Kəşfiyyatçılar bunu “tarixi hadisə” adlandırıb.
"Dünyada ilk dəfə olaraq Baş Kəşfiyyat İdarəsinin əsgərləri "Magura V5" dəniz dronunun köməyi ilə hava hədəfini məhv ediblər", - qurumdan bildirilib.
Hadisə Qara dənizdə, Rusiya tərəfindən ilhaq edilən rımın Tarxankut burnu ərazisində gedən döyüş zamanı baş verib.
Kəşfiyyat İdarəsi vurulan Mi-8-in pilotu ilə dispetçer arasında söhbətin səs yazısını yayımlayıb. Pilot dənizdən atəş açıldığını bildirib.
Rusiya hakimiyyəti helikopterin vurulması ilə bağlı heç bir açıqlama verməyib.
Rusiya Federasiyasının Müdafiə Nazirliyi dekabrın 31-də Krım sahilləri yaxınlığında Ukraynaya məxsus 8 pilotsuz katerin “məhv edildiyini” iddia edib.
"Cebheinfo.az"