AZ

FTB Nyu-Orleandakı hadisəni terror adlandırdı - Yenilənib

ABŞ-nin Nyu-Orlean şəhərində naməlum şəxs avtomobilini izdihamın üzərinə sürüb.

“Qafqazinfo” “ABC News” telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər həlak olub, daha 30 nəfər isə xəsarət alıb. 

İlkin məlumata görə, sürücü hadisəni qəsdən törədib. Onun hələ azadlıqda olduğu bildirilib. 

Bununla belə, insidentin detalları açıqlanmayıb.

***

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları Yeni Orleanda (Luiziana) hadisə yerində şübhəli partlayıcı qurğular aşkar ediblər.

FTB-nin nümayəndəsi Aleta Dunkanın sözlərinə görə, hazırda aşkar edilən qurğuların təhlükəlilik dərəcəsi yoxlanılır. 

O, bununla belə büronun hadisəni terror aktı kimi qiymətləndirmədiyini vurğulayıb.

***

FTB baş verən insidenti terror aktı adlandırıb və hadisəni törədən şəxsin zərərsizləşdirildiyini açıqlayıb:

“FTB bu terror aktının detallarını öyrənmək üçün tərəfdaşlarla işləyir”.

Qeyd edək ki, ABŞ mediası bundan əvvəl zərərsizləşdirilən şəxsin polislərə atəş açdığını yazmışdı.

Seçilən
73
34
qafqazinfo.az

10Mənbələr