ABŞ daxilində terror təhlükəsi artıb.
Publika.az xəbər veirr ki, bu barədə ABŞ-ın daxili təhlükəsizlik naziri Alejandro Mayorkas ABC News telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ daim xarici terror təhlükəsi ilə üz-üzədir.
“Bizim düşmənimiz olan dövlətlər var”, o qeyd edib.
Mayorkas etiraf edib ki, son on ildə yerli zorakı ekstremizmdə də əhəmiyyətli artım olub.
Onun sözlərinə görə, Birləşmiş Ştatların çox mürəkkəb təhlükə mənzərəsi var, ona görə də hakimiyyət orqanları və əhali ayıq olmalı və ehtiyat tədbirləri görməlidir.