AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
2 yanvar harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
2 yanvar 1975-cı ıldi Milli Qəhrəman Polad Həşimov Qəbələ rayonunun Vəndam kəndində doğulub:
25 iyun 2019-cu ildə Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilmiş, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub. 14 iyul 2020-ci ildə Tovuz rayonu istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən şəhid olub.
Bununla da Polad Həşimov İsmət Qayıbov və Məhəmməd Əsədovdan sonra, 1988-ci ildən etibarən başlayan Qarabağ müharibəsində həlak olan üçüncü Azərbaycan generalı olmuşdur. Ailəli idi. Üç övladı yadigar qalıb. Azərbaycan Prezidentinin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə general-mayor Polad Həşimov Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.
2 yanvar 1979-cu ildi Türkiyə və Amerika arxeoloqlarının beş illik birgə araşdırması nəticəsində dünyanın ilk müsəlman gəmisinin qalıqları Egey dənizində tapıldı.
2 yanvar 1788-ci ildə Corciya ABŞ-ın dördüncü ştatı olub.
2 yanvar 1993-cü ildə Evronews telekanalı yayıma başladı.