AZ

Beynin qocalmasının qarşısını almaq üçün MÜHÜM TÖVSİYƏLƏR

Beyin qocalmasını yavaşlatmaq üçün damar sağlamlığını qorumaq lazımdır.

Bizim.Media "Sabah" a istinadən xəbər verir ki, İsveçdə aparılan bir araşdırma bu nəticəni ortaya çıxarıb.

Belə ki, tədqiqatçılar 70 yaşlı insanların beyin yaşı, həyat tərzi və sağlamlıq məlumatlarını araşdırıblar. Ümumilikdə, 739 nəfərin bioloji siqnalları təhlil edilib.

Araşdırma nəticəsində, fiziki fəaliyyət, sağlam qidalanma, siqareti buraxmaq və qan şəkərinin səviyyəsini nəzarətdə saxlamağın damar sağlamlığını qoruyaraq beyni gənc saxlamağa kömək etdiyi müəyyən edilib.

Nəzrin Mirzəyeva, Bizim.Media

Seçilən
80
2
bizim.media

10Mənbələr