AZ

Liam Peynin ölümündə 5 nəfərin əli var

Argentinalı hakim Laura Bruniard keçmiş "One Direction" qrupunun solisti Liam Peynin ölümü ilə bağlı 5 nəfəri ittiham edib.

Bu barədə "Deadline" nəşri məlumat yayıb.

Qəsdən adam öldürməkdə ittiham olunanlar arasında otel meneceri Gilda Martin və otel işçisi Esteban Qrassi də var. Otelin digər iki əməkdaşı, Brayan Paiz və Ezequiel Pereiraya narkotik tədarükü ilə bağlı ittiham irəli sürülüb.

Bu işdə həmçinin Peynin yaxın dostu olduğunu və öldüyü gün onunla birlikdə olduğunu iddia edən Rogelio Roger Nores də var.

Qeyd edək ki, 31 yaşlı müğənninin Argentinanın paytaxtı Buenos-Ayresdəki hotellərdən birinin 3-cü mərtəbəsindən yıxılaraq dünyasını dəyişib. Ekspertiza zamanı Liam Peyninin bədənindən müxtəlif narkotik vasitələr tapılıb. (Axşam.az)

Seçilən
62
2
musavat.com

10Mənbələr