Futzal üzrə Azərbaycan çempionatının sonuncu qalibi “Araz-Naxçıvan” qış fasiləsindən sonra yoluna yeni baş məşqçi ilə davam edəcək.
Arena.az xəbər verir ki, son çempion Yevgeni Kukseviçlə anlaşıb.
Bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Rusiyalı mütəxəssislə müqavilə 5 ay+1 il müddətini əhatə edəcək.
O, müxtəlif illərdə Rusiyanın “Sibiryak” və “Norilski Nikel” komandalarını çalışdırıb. 53 yaşlı Kukseviç məşqçi kimi Rusiya çempionatının gümüş və bürünc medallarını, 2019/2020-ci il mövsümündə isə ölkə kubokunu qazanıb.
Mövsümə Vitali Borisovun rəhbərliyi altında başlamış “Araz-Naxçıvan”ı daha sonra Predraq Rayiç çalışdırıb. Komanda Yüksək Liqanın 8 turundan sonra 16 xalla 3-cü pillədə qərarlaşıb və lider “Baku Fire”dən 6 xal geri qalır.