AZ

“Araz-Naxçıvan” rusiyalı mütəxəssisə tapşırıldı - Rəsmi

“Araz-Naxçıvan” futzal klubu qış fasiləsindən sonra yoluna yeni baş məşqçi ilə davam edəcək.

Apasport.az xəbər verir ki, son çempion Evqeni Kukseviçlə anlaşıb. Rusiyalı mütəxəssislə müqavilə 5 ay+1 il müddətini əhatə edəcək.

O, müxtəlif illərdə Rusiyanın “Sibiryak” və “Norilski Nikel” komandalarını çalışdırıb. 53 yaşlı Kukseviç məşqçi kimi Rusiya çempionatının gümüş və bürünc medallarını, 2019/2020-ci il mövsümündə isə ölkə kubokunu qazanıb.

Qeyd edək ki, mövsümə Vitali Borisovun rəhbərliyi altında başlayan “Araz-Naxçıvan”ı daha sonra Predraq Rayiç çalışdırıb. Komanda Yüksək Liqanın 8 turundan sonra 16 xalla 3-cü pillədə qərarlaşıb və lider “Baku Fire”dən 6 xal geri qalır.

"Neftçi"də növbəti ayrılıq

“Qəbələ”nin qış hazırlıq planı müəyyənləşib

"Qarabağ" qapıçısını göndərir - Özəl

"Neftçi" daha bir futbolçusunu yola salır

Avropa klubları Zamiq Əliyevi istəyir - ÖZƏL

Seçilən
59
8
apasport.az

9Mənbələr