Pakistanın Bəlucistan əyalətinin Turbat şəhəri yaxınlığında avtobusda baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 32 nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Pakistanın "DAWN" agentliyi məlumat yayıb.
Məlumata görə, yaralılar xəstəxanaya çatdırılıb. Onlardan beşinin vəziyyəti ağırdır.
İlkin məlumatlara görə, partlayış Kəraçidən Turbat istiqamətində hərəkət edən avtobusda baş verib.
Hücuma görə məsuliyyəti "Bəlucistan Azadlıq Ordusu" qruplaşması öz üzərinə götürüb.
Pakistanın Baş naziri Şahbaz Şərif hücumu pisləyib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta