AZ

Ukrayna Kurska “terrorçu şarlar"la hücum etdi

Ötən gecə Ukrayna Silahlı Qüvvələri kəşfiyyat aparmaq üçün Kursk səmasına “terrorçu şarlar” buraxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb .

Məqsəd əks-hücumdan öncə strateji obyektləri sıradan çıxarmaq olub.

“Terrorçu şarlar” ləqəbli uçan qurğu dronlardan daha güclü daşıma qabiliyyətinə malikdir. Ehtimal ki, bir şar altı 82 mm-lik mina daşıya bilər.

Yanvarın 5-də günortadan sonraRusiya Müdafiə Nazirliyi bildirib ki, Ukrayna qoşunları Rusiyanın hücumunu dayandırmaq üçün Kursk vilayətində Berdin ferması istiqamətində əks-hücum həyata keçirib, lakin onların qarşısı alınıb.

2024-cü il avqustun 6-dan Kursk vilayəti Ukrayna ordusu tərəfindən nəzarətə götürülüb.


Müəllif: Teleqraf.com
Seçilən
46
37
teleqraf.com

10Mənbələr