2024-cü ilin dekabrın 25-də “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Bakı-Qroznı istiqamətində uçan təyyarəsinin Qazaxıstanın Aktau Beynəlxalq Hava Limanı yaxınlığında qəzaya uğraması ilə əlaqədar aparılan qəza-xilasetmə əməliyyatında iştirak etmiş Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən təltif olunub.
Leqal.info xəbər verir ki, nazirin imzaladığı müvafiq əmrə uyğun olaraq adları aşağıda göstərilən qazaxıstanlı xilasedicilər "Əməkdaşlığa görə" döş nişanı ilə təltif ediliblər:
- Seytalin Azamat Serikoviç
- Aminov Timur Vladimiroviç
- Aydarov Kani Manapoviç
- Karayev Sayasat Musayeviç
- Kenjeqaliyev Majit Serikbayeviç
- Kulxanov Azımbek Şındauletoviç
- Kuzembayev Erbol Axmetoviç
- Mendibayev Naurızbek Erlanulı
- Nuqumanov Ardak Koyşibekoviç
- Tleuberqenova Ayman Mınbayevna
Leqal.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta