AZ

Kəmaləddin Heydərov onları təltif etdi

Azərbaycan fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov “Azərbaycan Hava Yolları”na məxsus Bakı-Qroznı istiqamətində uçan təyyarənin Qazaxıstanın Aktau Beynəlxalq Hava Limanı yaxınlığında qəzaya uğraması ilə əlaqədar aparılan qəza-xilasetmə əməliyyatında iştirak etmiş Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşını  təltif edib.

Bu barədə “SeherXeber.org ”a FHN-dən bildirilib.

Belə ki, nazirin imzaladığı müvafiq əmrə uyğun olaraq adları aşağıda göstərilən qazaxıstanlı xilasedicilər “Əməkdaşlığa görə” döş nişanı ilə təltif ediliblər:

- Seytalin Azamat Serikoviç

- Aminov Timur Vladimiroviç

- Aydarov Kani Manapoviç

- Karayev Sayasat Musayeviç

- Kenjeqaliyev Majit Serikbayeviç

- Kulxanov Azımbek Şındauletoviç

- Kuzembayev Erbol Axmetoviç

- Mendibayev Naurızbek Erlanulı

- Nuqumanov Ardak Koyşibekoviç

- Tleuberqenova Ayman Mınbayevna

Seçilən
43
49
seherxeber.org

10Mənbələr