AZ

Azərbaycan FHN Qazaxıstan FHN-in bir qrup əməkdaşını təltif edib

2024-cü ilin dekabrın 25-də “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Bakı–Qroznı istiqamətində uçan təyyarəsinin Qazaxıstanın Aktau Beynəlxalq Hava Limanı yaxınlığında qəzaya uğraması ilə əlaqədar aparılan qəza-xilasetmə əməliyyatında iştirak etmiş Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov tərəfindən təltif olunub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Nazirin imzaladığı müvafiq əmrə uyğun olaraq adları aşağıda göstərilən qazaxıstanlı xilasedicilər “Əməkdaşlığa görə” döş nişanı ilə təltif ediliblər:

Seytalin Azamat Serikoviç

Aminov Timur Vladimiroviç

Aydarov Kani Manapoviç

Karayev Sayasat Musayeviç

Kenjeqaliyev Majit Serikbayeviç

Kulxanov Azımbek Şındauletoviç

Kuzembayev Erbol Axmetoviç

Mendibayev Naurızbek Erlanulı

Nuqumanov Ardak Koyşibekoviç

Tleuberqenova Ayman Mınbayevna

XQ

 

Seçilən
63
49
xalqqazeti.az

10Mənbələr