Tarixin ən məşhur narkobaronu Pablo Eskobarın tərk edilmiş "Boeing 727" təyyarəsi insanların istifadəsinə verilib.
"Unikal" xəbər verir ki, bu barədə Amerikanın "New York Post" nəşri məlumat dərc edib.
Bildirilir ki, 41 yaşlı iş adamı Conni Palmer Bristol Şəhər Şurasından təyyarənin hotel kimi istifadə edilməsi üçün razılıq alıb. Qeyri-adi "Airbnb"də tualet və duş kabinələri olan iki nəfərlik yataq otağı, həmçinin çarpayıya çevrilə bilən oturacaqlar var.
Qiymət bir gecə üçün 1055 dollardır. Təyyarənin qanadları və mühərrikləri yoxdur.
"Mən həmişə şəxsi təyyarəyə sahib olmaq istəmişəm və bu, onu əldə etmək fürsəti idi – mənim istədiyim şey heç vaxt uçan təyyarə deyildi", - deyə Conni mtbuata açıqlama verib.
İnsanlar Pablo Eskobarın tərk edilmiş təyyarəsinin yeni görünüşünü görmək üçün əraziyə axın ediblər.