Şimali Koreya yeni ilin ilk raket sınağını keçirib. Şimali Koreyanın Yapon dənizinə doğru orta mənzilli ballistik raket atdığı açıqlanıb.
Yaponiya Müdafiə Nazirliyindən verilən açıqlamada Şimali Koreyanın Yapon dənizinə doğru ballistik raket atdığı bildirilib.
Qeyd olunub ki, raket 1100 kilometr məsafə qət etdikdən sonra Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb.
Raketin ABŞ dövlət katibi Entoni Blinkenin Cənubi Koreyada siyasi təmaslar apardığı vaxt buraxılması diqqət çəkib.