İran mənbələri İveco şassisi əsasında yük maşınları kimi maskalanan və Rusiyaya göndərilməyə hazırlaşdıqları deyilən “Fəth-360” raket buraxılış qurğuları və “Arman” taktiki raket müdafiə sistemlərinin yeni görüntülərini paylaşıb.
Məlumata görə, Rusiyaya bu sistemlərdən əlavə müəyyən optik-elektron sistem də veriləcək.
Bildirilib ki, silahlar arasında İranın “Sepehr-14” optik-elektron izləmə və atəşə nəzarət sistemi də var. Bu cür sistemlərin mənfi cəhəti isə pis hava şəraitində işləməməsidir.
visiontv.az