AZ

Sosial mediada həssas görüntülər paylaşanları hansı cəzalar gözləyir? VİDEO

Qəzalardan həssas görüntülər paylaşılır, bu yolla izləyici toplanır... Avtomobil qəzaları, yanğın , qaz partlayışı və digər bədbəxt hadisələri kənardan telefonla çəkənlər bu kadrları  öz səhifələrində yayımlayırlar...

Xezerxeber.az xəbər verir ki, son zamanlar sosial şəbəkələrdə belə paylaşımlar edənlərin sayı artıb.

Belə ki, “Bu qəzanın görüntülərini izlədim, ürəyim parçalandı. Videoya baxmaq istəyən varsa, mənə yazsın.” “Ürəyi zəif olanlar baxmasın başlıqlı bu tip paylaşımlara izləyicilər tərəfindən göstərilən maraq da az deyil. Bunu həmin videoların altında yazılan rəylərdən də görmək mümkündür.

Lakin heç də hamı belə paylaşımların tərəfdarı deyil.

Psixoloq Qətibə Abdullayeva deyir ki, belə  görüntülərin zərərçəkənlərin yaxınları, həssas insanlar və uşaqlar tərəfindən izlənməsi onlarda müxtəlif travmaların yaranmasına gətirib çıxarır.

Məsələ ilə bağlı vəkil Emil Aslanov isə deyir ki, dövlət sirri olmadığı halda hər hansısa qəza anının çəkilib sosial şəbəkələrdə paylaşılması qanun pozuntusu hesab olunmur. Lakin təəssüf ki, bəzi insanlar daha çox izləyici toplamaq məqsədilə, qarşısındakı şəxsə yardım etmək əvəzinə onu videoya çəkirsə, bu qanun pozuntusudur.

Həmçinin vəkil qeyd edir ki, şəxsi həyatın toxunulmazlığına zərər verən insanlar da qanunla cinayət məsuliyyətinə cəlb olunur. Belə şəxsləri 2 il müddətində azadlıqdan məhrum etmə cəzası gözləyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
63
1
xezerxeber.az

10Mənbələr