AZ

Ərdoğan buna görə Nazirlər Kabinetini toplayır

Yanvarın 6-da Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasının gündəliyinə Rusiya ilə Ukrayna arasında münaqişə daxil olub.

Oxu24.com xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti mənbələrə istinadən məlumat yayıb.

"Rusiya ilə Ukrayna arasındakı müharibə, İsrailin Qəzza zolağına hücumları müzakirə olunacaq. Nazirlər Kabinetinin xarici siyasətinin əsas mövzusu Suriyadakı son hadisələr olacaq", - nəşr qeyd edir.

Qəzetin yazdığına görə, Ərdoğan Suriyaya ezam olunmuş nazirlərin hesabatlarını dinləmək niyyətindədir.

Seçilən
41
48
oxu24.com

10Mənbələr