AZ

Türkiyə demoqrafik böhranın astanasında: Ərdoğan ailələrə çağırış etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2025-ci ili ölkədə “Ailə ili” elan edib.

Türkiyə lideri 2023-cü ildə doğum səviyyəsinin 1,51-ə enməsini “ciddi həyəcan siqnalı” və “Türkiyənin gələcəyi üçün təhlükə” adlandırıb.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, ailələri ən azı üç uşaq sahibi olmağa çağırıb.
 

Dövlət başçısının qərarına əsasən, yanvarın 9-da Ankarada Türkiyənin Əhali Siyasəti üzrə Ali Şurasının ilk iclası keçiriləcək.


Vitse-prezident Cevdet Yılmazın sədrliyi ilə keçiriləcək iclasda iştirakçılar ölkənin demoqrafik inkişafının vəziyyəti və perspektivlərini müzakirə edəcəklər.

Bizim.Media

Seçilən
40
2
bizim.media

10Mənbələr