AZ

"Şamaxinka"da geridönmə etmək istəyən sürücülər təhlükə ilə üz-üzədirlər - İŞIQFOR PROBLEMİ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakı şəhərinin Şimal çıxışında yerləşən və "Şamaxinka" kimi tanınan ərazidə nəqliyyatın hərəkətini tənzimləyən işıqforun olmaması sürücüləri qəza təhlükəsi ilə üz-üzə qoyur.
Bununla bağlı Oxu.Az-a müraciət daxil olub.
Qeyd olunub ki, problemin kökündə yolun ilk geridönmə hissəsində işıqforun quraşdırılmaması dayanır. Nəticədə, şəhər istiqamətindən gələn nəqliyyat vasitələri geridönmə etməli olan avtomobillərə yol vermir və bu da ərazidə tez-tez qəzaların baş verməsinə səbəb olur.
"Xüsusilə də, günün pik saatlarında vəziyyət daha da ağırlaşır. Aidiyyəti qurumlar dəfələrlə bu barədə məlumatlandırılsa da, indiyədək həmin əraziyə işıqfor quraşdırılmayıb. Ərazidə xidmət aparan Yol Patrul Xidmətinin (YPX) əməkdaşları da vəziyyəti görürlər, amma dəfələrlə edilən müraciətlərə baxmayaraq, əraziyə işıqfor qoyulmur", - deyə şikayətdə bildirilib.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, həmin əraziyə işıqfor qoyulması planda var.
"Metronun "20 Yanvar" stansiyasının ətrafı və "Şamaxinka" adlanan həmin ərazi ilə bağlı AYNA tərəfindən layihə hazırlanıb. Layihə razılaşdırılması üçün Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim olunub. Müvafiq müzakirələrdən sonra həmin ərazidə yol hərəkətinin yenidən təşkili istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulur", - deyə açıqlamada bildirilib.
Əzizə İsmayılova
Seçilən
41
50
oxu.az

10Mənbələr