1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Bu dəfə Sumqayıt şəhəri, Azərbaycan prospektində işıqforların doğru yerdə quraşdırılmamasından bəhs olunub.
Bildirilib ki, sözügedən ərazidə işıqforların yerləşdirilmə yerləri hərəkəti çətinləşdirir:
"Adətən işıqforların quraşdırılma yeri kəsişmənin sonunda olmalıdır. Burada isə geridədir. Nəticədə nəqliyyat vasitələrinin sürücüləri çaşbaş qalırlar və qırmızı işığın tələbini pozaraq yolu keçməyə məcbur olurlar. Bu isə cərimə deməkdir".
Qeyd olunub ki, işıqforun kəsişmədən əvvəl qoyulması bu istiqamətdən gələnlər üçün qayda pozmağa zəmin yaradır:
"Nəticədə qırmızı işıq yanan kimi maşınlar ortada qalır. İstənilən nişan və işıqfor yol hərəkəti iştirakçılarının təhlükəsizliyinə, həm də yolun buraxıcılıq qabiliyyətinə hesablanmalıdır. Burada isə nəinki təhlükəsizlikdən, heç normal hərəkətdən belə söhbət gedə bilməz".
Ətraflı Baku TV-nin süjetində: