AZ

Moldova XİN enerji böhranı ilə bağlı bəyanatlardan sonra Rusiya səfirliyinin nümayəndəsini çağırıb

Rusiya səfirliyi Dnestryanıdakı enerji böhranı ilə bağlı mövqeyini açıqladıqdan sonra rusiyalı diplomat Moldova Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Moldova XİN-in mətbuat katibi Tatyana Barak teleqramda bildirib.

Onun sözlərinə görə, Rusiya diplomatik missiyasının bu cür bəyanatları Kişinyov və Moskva arasında münasibətlərə mənfi təsir göstərir.

Qeyd edək ki, Rusiya yanvarın 1-dən etibarən Ukrayna ərazisindən Avropaya qaz tranzitini dayandırdıqdan sonra Moldovanın Dnestryanı regionunda enerji böhranı yaşanır.

Seçilən
32
6
report.az

10Mənbələr