AZ

Rusiya səfirliyinin nümayəndəsi Moldova XİN-ə çağırılıb

Rusiya səfirliyinin nümayəndəsi Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, buna səbəb rəsmi Moskvanın Dnestryanıdakı enerji böhranı ilə bağlı bəyanatları olub.

Qeyd edək ki, Rusiya yanvarın 1-dən etibarən Ukrayna ərazisindən Avropaya qaz tranzitini dayandırıb. Rəsmi Kiyev Rusiyanın Qazprom şirkəti ilə 2024-ci ilin dekabrında başa çatan müqaviləni uzatmayıb. Ukrayna ərazisindən qaz tranziti dayandırılandan sonra Moldovanın Dnestryanı regionunda enerji böhranı yaşanmaqdadır.

"Cebheinfo.az"

Seçilən
56
6
cebheinfo.az

10Mənbələr