"Dragon Motors Sales" şirkəti 1500 manat cərimələnə bilər.
Hit.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi (DGK) şirkəti İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edib.
Bu maddə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi ilə bağlıdır.
Maddədə qeyd olunan inzibati xətaya görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər isə min beş yüz manat məbləğində cərimə edilir.
İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
Abbas