"ƏLİ-TEKSTİL" Məhdud Məsuliyyətli Cəmiyyəti gömrük qaydaları əleyhinə olan inzibati xəta üzrə cərimə oluna bilər.
Valyuta.az-ın məlumatına görə, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi iddası ilə protokol irəli sürülüb.
İş Cəlilabad Rayon Məhkəməsinin hakimi Osman Vəliyevin icraatındadır.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddasinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.