Venesuela prezidenti Santyaqo Penanın Venesuelanın hazırkı lideri Nikolas Maduronun seçkilərdəki qələbəsini tanımayan bəyanatlarına görə Paraqvayla diplomatik əlaqələri kəsib.
Ucnoqqta.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilir ki, Venesuela Bolivar Respublikası beynəlxalq hüquqa və müdaxilə etməmək prinsipinə məhəl qoymayaraq, hazırda fəaliyyət göstərən Lima Qrupunun siyasi fantaziyalarını xatırladan uğursuz təcrübəni təkrarlayan Paraqvay Prezidenti Santyaqo Penyanın bəyanatlarını qəti şəkildə rədd edir.